AAYDA-dan problemlərin qabardılması ilə bağlı vətəndaşlara MÜRACİƏT
Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) elektron poçtuna ([email protected]) və yaxud qurunun sosial şəbəkələrdəki hesabları vasitəsi ilə (inbox) müraciət etməyiniz sizdən xahiş olunur.
Valyuta.az "Report"a istiandən xəbər verir ki, bu barədə AAYDA-nın vətəndaşlara müraciətində bildirilir.
"Göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən FOTO və ya VİDEO əlavə edin. Küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqmətində agentliyimizin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün Sizin şikayət və təkliflərinizin bilavasitə bizə bildirməyiniz olduqca vacibdir.
Sizin hər-birinizin fikri bizim üçün çox önəmlidir!", - deyə qurum bəyan edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay