BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
15269

Cari ilin 7-8 iyul tarixlərində Energetika Nazirliyi ilə “Masdar” və “BP” şirkətləri arasında mövcud əməkdaşlıq çərçivəsində “Greentech” Summer Camp 2021 adlı təlim proqramı təşkil edilib.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, təlim proqramı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Elektrik Stansiyasında həm fiziki, həm də onlayn təşkil edilməklə hibrid formada keçirilib. Proqramın əsas mövzusunu bərpa olunan enerji mənbələrindən istifadə, günəş və külək enerjisi, dənizdə külək enerjisi, hidrogen enerjisi, elektroliz vasitəsi ilə “yaşıl hidrogen”in istehsalı, hidrogen yanacaq elementlərinin əsasları və “yaşıl enerji” texnologiyalarının tətbiqi təşkil edib. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Masdar” və “BP” şirkətlərinin mütəxəssislərinin məruzələri təqdim edilib və müzakirələr aparılıb.

Təlimin ikinci günündə iştirakçılara sertifikatlar təqdim edilib.

Təqdimetmə mərasimində energetika nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "Masdar" şirkətinin baş meneceri Husain Al Meer də iştirak ediblər.

Tədbirdə çıxış edən Z.Məmmədov təlim proqramının iştirakçılarını təbrik edib və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib: “Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin qoyuluş gücü olaraq payını 30 %-ə çatdırmaq hədəfi, özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı planlar beynəlxalq şirkətlərlə enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır.

Bu əməkdaşlıq çərçivəsində təhsil müəssisələri və əlaqədar qurumlar üçün məlumatlandırma və təcrübə mübadiləsi tədbirlərinə də xüsusi önəm verilir ki, hazırkı iki günlük təlim proqramı bunun bariz nümunəsidir”.

“BP” şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Biz çox məmnunuq ki, Azərbaycan hökuməti dünyanın az karbonlu enerjiyə olan ehtiyacını qarşılamaq üçün qlobal səyləri fəal dəstəkləyir və ölkədə davamlı bərpa olunan enerji sektorunun inkişafı istiqamətində geniş işlər aparır. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkənin bərpa olunan enerji sahəsində beynəlxalq bilikləri bölüşmək və təcrübə mübadiləsi aparmaq səylərini həmişə dəstəkləmişik. Düşünürük ki, bu fəaliyyətlər Azərbaycanla enerji sahəsində olan əməkdaşlığımızı genişləndirmək və ölkənin enerji keçidinə dəstək vermək üçün yeni imkanlar açır.

Eyni zamanda, bu, BP-nin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlmiş yeni məram, hədəf və strategiyasına da uyğundur. Hədəfimiz 2050-ci ilə qədər və ya daha tez “xalis sıfır” emissiyaya nail olmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir, yeni strategiyamızın müəyyənləşdirdiyi işlər isə bizi bu hədəfə çatdıracaq”.

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatlarımızın neft və qaza əsaslandığı ümumi irsi bölüşsələr də, bu gün ölkələrimiz anlayırlar ki, şaxələndirilmiş enerji balansına investisiyalar yalnız düzgün etik seçim deyil, həm də ağıllı iqtisadi strategiyadır.

İqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün lazım olan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə, bilik və bacarıqların toplanmasına kömək edəcək, həmçinin bizim hamımıza təsir edən qlobal problemin həllinə əməli töhfə verəcəkdir. "Masdar" 2006-cı ildən etibarən iqlim dəyişikliyi probleminin həllində fəal rol oynayır və Azərbaycanın bərpa olunan energetika sahəsini inkişaf etdirməyə, enerji mənbələrini şaxələndirməyə və davamlı inkişafı stimullaşdırmağa kömək etmək üçün dünyanın 30-dan çox ölkəsində topladığımız təcrübədən istifadə etmək bizim üçün böyük şərəfdir”, - deyə "Masdar" şirkətinin aktivlərin idarə edilməsi və texniki xidmətlər üzrə baş meneceri Husain Al Meer bildirib.

Təlim proqramında ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, həmçinin Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “BP”, “Masdar” şirkəti və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Qubada 5 ha meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb

"Toyota"nın qlobal istehsalı ardıcıl doqquzuncu ay azalıb

Bakıda söküntü başladı: İki yeni park salınacaq - ÜNVANLAR

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur”

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Sürücülərin növbəti imtahanının tarixi açıqlandı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb

Meksikadan Trampa xəbərdarlıq: "ABŞ-da 400 000 iş yeri bağlanacaq!"

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb

Sabah bəzi yerlərdə yağış yağacaq

7 gün ardıcıl iş olmayacaq! - TƏQVİM

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb

Komitə sədri: "Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur"

SİMA ilə mənzil almaq niyə mümkün deyil? - Araşdırma

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

İcbari sığorta üzrə ödənişlər 20 milyon manatdan çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin