Səfir: Pakistan şirkətlərinin Qarabağa yatırımları üçün böyük potensial var
"Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına yatırımlar etməsi üçün böyük potensial var".
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimində jurnalistlərə deyib.
Onun sözlərinə görə, Pakistan şirkətləri Qarabağda bərpa işləri üzrə investisiya layihələrinə yatırım edən ilk şirkətlər arasında olmaq istəyir.
"Ümid edirik ki, İqtisadi Əməkdaşlıq Palatasının açılması Qarabağda investisiya potensialının nəhəng olduğuna dair məlumatı pakistanlı biznesmenlərə də çatdırmaq işində faydalı olacaq", - diplomat əlavə edib.
Səfir həmçinin qeyd edib ki, yaxın günlərdə Şuşaya gedəcək və orada olan investisiya potensialı barədə pakistanlı iş adamlarını məlumatlandıracaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay