BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
15140

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.

Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, ötən il noyabr ayının 16-da, təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu.

Dövlətimizin başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. “Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.

"Zəfər Yolu"nun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik hissəsində torpaq işləri, 42-44-cü km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.

Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci km-lik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci km-də, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları inşa edilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Qeyd edilən proseslərin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Qubada 5 ha meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb

"Toyota"nın qlobal istehsalı ardıcıl doqquzuncu ay azalıb

Bakıda söküntü başladı: İki yeni park salınacaq - ÜNVANLAR

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur”

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Sürücülərin növbəti imtahanının tarixi açıqlandı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb

Meksikadan Trampa xəbərdarlıq: "ABŞ-da 400 000 iş yeri bağlanacaq!"

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb

Sabah bəzi yerlərdə yağış yağacaq

7 gün ardıcıl iş olmayacaq! - TƏQVİM

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb

Komitə sədri: "Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur"

SİMA ilə mənzil almaq niyə mümkün deyil? - Araşdırma

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

İcbari sığorta üzrə ödənişlər 20 milyon manatdan çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin