İnfrastruktur
06.07.2021 / 11:55
Oğuz-Şəki yolunun asfaltlanmasına başlanılıb - FOTO
15115
Oğuz-Şəki avtomobil yolunun 31,5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilir. Bunun üçün yol boyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata görə, yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay