BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
14193

Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında qazi adından sui-istifadə edilməsi halları geniş müzakirə edilir, müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanuna zidd əməllər barədə məlumatlar və videolar paylaşılır. Belə bir müzakirələrin getdiyi vaxtda qazi adından istifadə edib qanunsuz əməllərin törədilməsi ilə bağlı yeni fakt qeydə alınıb.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak etdiyini deyən Elvin Zeynalov evinin olmadığını, illərdir kirayələrdə yaşadığını əsas gətirərək neft sənayesinə aid torpaq sahəsini zəbt edib qanunsuz tikinti işləri aparmağa başlayıb.

Onun zəbt etdiyi ərazi Balaxanı Əməliyyat şirkətinin neft mədəninin sahəsində, 200 mm-lik Sabunçu-Böyükşor yerüstü neft kəmərindən cəmi 6 metr məsafədə yerləşir. Halbuki qanunla boru xəttindən azı 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağan edilir.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə bıçaqla hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

Elvin Zeynalovun gecəqondusunda inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Sən demə “evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin özünə ev yox, obyekt tikdirirmiş. 

Qarabağ adından, şərəfli qazi ünvanından istifadə edib qanunsuz əməllərinə göz yumulmasını tələb edən Elvinin daha bir yalanını isə ətrafda yaşayan sakinlər üzə çıxardı. 

Onların dediyinə görə Elvinin tikinti apardığı ərazini bir neçə il əvvəl özünü polis əməkdaşı kimi təqdim edən Əzizov Cəmaləddin Fərzalı oğlu zəbt edib. O 2020-ci ilin avqust ayında zəbt etdiyi ərazidə tikinti işləri aparmağa çalışsa da, aidiyyəti qurumlar tərəfindən buna icazə verilməyib. Daha sonra Cəmaləddin Əzizov tikinti işlərini başa çatdırmaq üçün nələrinsə müqabilində Elvin Zeynalovu bu işlərə cəlb edib. Ondan tələb olunan isə budur ki, hərbi forma geyinib tikinti ərazisində görünsün, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazi aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməz.

Görünən odur ki, qazi adından istifadə edib xalqa məxsus torpaqları zəbt edən, bu şərəfli adı əlində bayraq edib çirkin niyyətlərini gerçəkləşdirməyə çalışanlara cəmiyyət olaraq sərt reaksiya bildirməsək, hələ uzun müddət bu məsələ geniş müzakirələrə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin