BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
12162

"Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-ni Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Xalqımız heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacaracaq".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O vurğulayıb ki, Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür: "Qarabağ Xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu tarixi şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşiliklə dağıdılıb".


Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad edib: "Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğulamışdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli, Şuşa artıq azaddır. Bu çıxışda xüsusi diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin ata vəsiyyətinin yerinə yetirilməsi ilə bağlı qeyd etdiyi fikirlər idi".

C.Məmmədov vurğulayıb ki, bu il Azərbaycan xalqı mayın 8-ni artıq Şuşanın işğal günü kimi qeyd etmir: "Bu gün Azərbaycan xalqı özünü çox xoşbəxt hissi edir. Artıq Şuşa bizimdir və əbədi olaraq da bizim olacaq. Əgər Ermənistan yenidən təxribat törətməyə çalışsa, dəmir yumruq işə düşəcək və bunun qarşısı qətiyyətlə alınacaq. Artıq Azərbaycan Şuşada inşa, təmir və bərpa işlərinə başlayıb. Qısa müddətdə bu işlər uğurla həyata keçiriləcək və azad Şuşa dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək. Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Azərbaycan xalqı bu qələbəyə Prezident İlham Əliyevin qətiyyətli iradəsi, həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində nail olub. Qarabağ Azərbaycandır və tezliklə bütün azərbaycanlılar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin