BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1183
10697

“Bakı Metropoliteni” QSC-də müxtəlif vəzifələrdə çalışan əməkdaşlar narahatdır. Modern.az-a daxil olan məlumatda bildirilir ki, işçilərin narahatlığına səbəb əmək haqlarına ödənilən əlavələrin dayandırılması barədə xəbərlərlə bağlıdır. Bu, pandemiya dövrü boyunca metroda sərnişindaşımanın olmaması ilə əlaqələndirilir. Onsuz da metroda sərnişindaşıma fəaliyyəti dayandırılandan sonra işçilərin maaşı bir qədər azaldılmışdı. Bu dəfə isə maaşlara əlavələrin dayandırlması barədə yayılan xəbərlər təşvişə səbəb olub.

““COVID-19” pandemiyasında tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı hər hansı bir problem yaşanmayıb”.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın pandemiya dövründə metropoliten əməkdaşlarının əmək haqlarının azaldılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

B.Məmmədov qeyd edib ki, “Bakı Metropoliteni” QSC işçilərinin əmək haqları əməyin ödənilməsinin vahid tarif cədvəlinə uyğun olaraq hesablanır:

“Həmçinin, əməyin qiymətləndirilməsi və ödənilməsi zamanı əlavələrin verilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunur. İstər pandemiya, istərsə ondan əvvəlki dövrlərdə əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi ilə bağlı qaydalarda hər hansısa dəyişiklik edilməyib. Xüsusi şərait, iş növbəsi üzrə, eləcə də Kollektiv müqavilədə nəzərdə tutulmuş digər əlavə və üstəliklər faktiki işlənilmiş vaxta mütənasib olaraq ödənilir”.

Bildirilib ki, “Bakı Metropoliteni” QSC-nin əməkdaşları pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, tapşırıq və tövsiyələrə, eyni zamanda qəbul edilmiş müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydada işə cəlb olunurlar:

“Metropoliten çoxşaxəli mürəkkəb infrastruktura malik olduğundan, işə cəlb edilmə ilə bağlı vahid prinsipin tətbiqi qeyri-mümkündür. Lakin evdən iş rejiminin tətbiq edilməsi mümkün olan sahələrin işçilərinə müəssisədə məsafədən işləmək imkanı da yaradılıb. Birbaşa istismar və tikinti ilə bağlı sahələrdə qaçılmaz zərurət yaranan fəaliyyət istiqamətləri üzrə vətəndaşlar qəbul edilmiş qərarların tələblərinə uyğun qaydada işə cəlb edilirlər”.

Xatırladaq ki, Bakı metrosu ötən il mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb.
İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə metro 2020-ci il oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə bağlanıb.

Son qərara dəyişiklik edilməzsə, metropolitendə sərnişindaşıma 1 iyun 2021-ci ildə bərpa olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-nin xərcləri artıb

Azərbaycanda kimlər daha çox əmək haqqı alır? – Siyahı

"2300 maaşım idi, ayda 15 min manat paket alırdım" - Sabiq nazir

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

İdarəetmədə innovasiya - Dekabr ayı necə oldu ki, 38 gün oldu?

9 illik təhsil bazasında kolleclərə 34 mindən çox abituriyent imtahan verəcək

Avro, lirə və rublun ucuzlaşması davam edir - Məzənnə

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Azərbaycan nefti 3%-ə yaxın ucuzlaşıb

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur?

102 min qızılbalıq daşıyan yük maşını körpüdə aşdı

"Absheron Hotel Group" cərimə olunur

Türkiyədən quru meyvə alışımız 24 faiz artıb – Rəqəmlər

"Meqa Sığorta" fərdi məlumatlar haqqında qanunvericiliyi pozub

Samsung köhnə flaqmanlarını süni intellekt funksiyaları ilə təkmilləşdirəcək

“Qlobus” şirkəti üçün cərimə təhlükəsi

Tikinti şirkəti məhkəyə verildi

İngiltərədə menecerlərə ən çox pul ödəyən klub hansıdır?

“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı

"Android 15" alacaq "Samsung" smartfonlarının siyahısı

Keçmiş işçisi Bank VTB-ni məhkəməyə verdi

Monqolustan xarici bankları nümayəndəliklər açmağa dəvət edir

"Qala Sığorta" niyə məhkəməyə verilib?

Gömrük Komitəsi “Tentex-Baku”ya protokol yazdı

Aeroflot növbəti “heyvan sərnişin”lərlə bağlı yeni xidmətini təqdim etdi

“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı

Oksigen zavodu məhkəməyə verildi

Sabah bu ərazidə su olmayacaq

ABŞ və Britaniyanın Rusiyaya yeni sanksiyalarından sonra nikel və alüminium bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin