BAKU Azərbaycan
15°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

“Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.

Valyuta.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkədə ötən gün sözügedən onlayn iclasa münasibət bildirərkən deyib. O qeyd edib ki, burada söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir: “Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”.

Son xəbərlər

“Azərenerji” servis xidmətinə 140 min manat yönəldəcək - TENDER

Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi

Keçmiş bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Əli Əsədovdan QHT-lərlə bağlı qərar

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

Mərkəzi Bankdan rəqəmsal valyuta ilə bağlı AÇIQLAMA

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

Taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq - “Aqroservis”

DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI

Azərbaycanda qızıl cüzi bahalaşıb

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər - EKSPERT

Ləğv olunmuş bankların əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI

“Aqroservis” 234 min manatlıq tenderin qalibini AÇIQLADI

İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU

Ən sərfəli istehlak (nağd) kredit təklif edən banklar – SİYAHI

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR

Tədris ili uzadıla bilərmi? - AÇIQLAMA

Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq

Bütün xəbərlər