BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
9732

Ermənistan indi də özünün “informasiya təhlükəsizliyindən” narahatlıq keçirir. 

Hazırda Ermənistan mətbuatının və cəmiyyətinin əsas gündəm mövzularından biri də Cənubi Qafqazın internetlə təmin edilməsində aparıcı yerə malik "Caucasus Online" şirkətinin Azərbaycana aid şirkət tərəfindən satın alınmasıdır.

Məlumat üçün bildirək ki, 2006-cı ildə təsis edilən “Caucasus Online” bölgənin aparıcı telekommunikasiya şirkətidir. Şirkət Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanı internetlə təmin edir. Azərbaycanın “NEQSOL Holdinq” şirkəti isə “Caucasus Online”-ın səhmlərinin 100%-ni alıb. Bu da Ermənistanın “informasiya təhlükəsizliyi” barədə həyəcan təbili çalmasına səbəb olub.

Əslində, hələ 2019-cu ildə "Caucasus Online" şirkətinin səhmlərinin 49%-i Azərbaycan şirkəti tərəfindən alınıb. Bir neçə gün əvvəl isə sözügedən şirkətin sahibi Xviç Makatsaria səhmlərin qalan 51% -ni də azərbaycanlı investor Nəsib Həsənova təhvil verib.

Bu anlaşma həm Gürcüstandakı bəzi dairələri, həm də Ermənistanı çox narahat etməyə başlayıb. 

Ermənistan mətbuatına danışan ölkənin informasiya təhlükəsizliyi üzrə tanınmış ekspertlərindən olan Samvel Martirosyan deyib ki, bu anlaşma ilə Ermənistan üçün kritik əhəmiyyət kəsb edən infrastrukturlardan biri tamamilə Azərbaycanın nəzarətinə keçmiş olub: “Bu, bizim bütün rabitəmiz deyil, lakin onun əhəmiyyətli hissəsidir. Əvvəlki anlaşmaya mane olmaq cəhdləri olsa da, azərbaycanlılar işi başa çatdırdılar. İndi də həmin situasiyadır, gürcülər bunun əleyhinə olsalar belə, sövdələşmə davam edir.”

Erməni ekspert deyib ki, Ermənistan üçün çıxış yolu Azərbaycana aid şirkətin internet kabelindən istifadə etməməkdir. Lakin alternativ variantlar da böyük məsrəflər tələb edir ki, buna da onsuz da ölüm ayağında olan Ermənistan iqtisadiyyatının gücü çatmır (azpolitika.info).

Valyuta.Az xəbər verir ki, Caucasus Online, Avropadan Cənubi Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir.

Bu şirkət 2018-ci ildə başlanan və Rəqəmsal İpək Yolu (Digital Silk Way) kimi tanınan beynəlxalq layihənin bir hissəsidir.

Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində həmçinin Xəzər dənizin dibi ilə keçən, Azərbaycan və Qazaxıstanı birləşdirəcək fiber-optik kabel xəttinin inşası işlərinə də başlanılıb. Azərbaycan və Türkmənistanı birləşdirəcək xəttin çəkilməsi üçün də 2019-cu ildə razılıq əldə edilib.

2020-ci ildə Rəqəmsal İpək Yolu layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

“NEQSOL Holdinq” şirkəti həmçinin Azərbaycanda "Bakcell" və "Azerfon" (NarMobile), habelə Ukraynada "Vodeafone" mobil operatorlarının sahibidir.

Holdinqin prezidenti, həmçinin artıq Caucasus Online-nin 100 faizli sahibi azərbaycanlı iş adamı Nəsib Həsənovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Prezident: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir

QIWI-ni 2024-cü ilin sonuna qədər ciddi itkilər gözləyir

“Dojd” telekanalının baş direktoru dəyişdi

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir

Bakıda 29 dərəcə isti olacaq

Yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

İş təklifini rədd etmək üçün 7 səbəb

Süni torpaq sahələrində sahibkarlara güzəşt və təşviqlər tətbiq edilə bilər

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin