Süni zəka 2030-cu ilə qədər 130 milyondan çox yeni iş sahəsi yaradacaq
2030-cu ilə qədər qlobal süni zəka bazarının 1,81 trilyon dollar həcmində böyüyəcəyi və əsasən səhiyyə, maliyyə, bankçılıq və ödəniş sistemlərində 133 milyon yeni iş sahəsi yaradacağı gözlənilir.
Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, "Metal yaxa" mövzusu ilə keçirilən zirvədə 500-ə yaxın CEO və baş direktor iştirak edib, 40 fərqli sektordan 50 spiker çıxış edib. Zirvə nəticəsində hazırlanmış hesabatda süni zəkanın əsasən məhsul inkişafı və risklərin idarə olunması sahələrində istifadəsi ön plana çıxıb. Zirvədə "metal yaxa dövrü", "CEO-ların çevrilməsi"(şirkət rəhbərlərinin süni zəka dövrünə uyğunlaşmaq üçün bacarıq və idarəetmə yanaşmalarında dəyişikliklər etməsi) və "süni zəkanın etik istifadəsi" kimi mövzular müzakirə edilib.
Süni zəkanın təsir edəcəyi əsas sahələr arasında səhiyyə, maliyyə, bankçılıq, ödəniş sistemləri, sənaye, istehsal, pərakəndə satış, e-ticarət, nəqliyyat və logistika, təhsil, kənd təsərrüfatı və əyləncə sektorları qeyd olunur. Qlobal süni zəka bazarının illik orta 40%-lik artım sürəti ilə 2030-cu ildə 1,81 trilyon dollara çatacağı gözlənilir.
Zirvə çərçivəsində aparılmış müzakirələrdə 500-dən çox rəhbərlə görüşlər keçirilib. 40 sektoru əhatə edən 250 əsas məqam təsnif edilib. "Vizyon 100" məsləhət şurasının üzvləri arasında keçirilmiş sorğular nəticəsində süni zəkanın "insan və süni zəka əməkdaşlığı", "liderlik və çevrilmə" kimi mövzular üzərindəki təsiri vurğulanıb.
Hesabata görə, qlobal süni zəka bazarının 2024-cü ilin sonunda 136,6 milyard dollara, 2025-ci ildə 500 milyard dollara, 2030-cu ildə isə 1,81 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bundan əlavə, süni zəkanın qlobal iqtisadiyyata 15,7 trilyon dollar töhfə verəcəyi gözlənilir. Bu məbləğin 6,6 trilyon dollarının işçi qüvvəsinin məhsuldarlığından, 9,1 trilyon dollarının isə istehlakçı tələbatının artımından qaynaqlanacağı qeyd edilib.
2030-cu ilə qədər süni zəkanın səhiyyə, maliyyə, bankçılıq, ödəniş sistemləri, sənaye və istehsal, pərakəndə satış, e-ticarət, nəqliyyat və logistika, təhsil, kənd təsərrüfatı və əyləncə sektorlarında 133 milyon yeni iş sahəsi yaradacağı bildirilir.
"Vizyon 100" məsləhət şurasının rəhbəri Bülent Kutlu, süni zəkanın iş dünyasına həm fürsətlər, həm də təhlükələr gətirdiyini vurğulayıb:
“Biz iqtisadi və sosial həyatın köklü şəkildə dəyişməsindən danışırıq. Bu, sadəcə bir trend deyil. Qarşıdakı 10 il ərzində müzakirə mövzumuz məhz süni zəkanın yaratdığı yeni reallıqlar olacaq.”
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay