BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
60484

Yeni bir analizə görə, "LinkedIn"dəki uzun ingilis dilində paylaşımların yarısından çoxu süni intellekt tərəfindən yaradılıb.

Valyuta.Az xəbər verir ki, "Microsoft" şirkətinə məxsus olan və iş dünyasına yönəlmiş sosial media platforması "LinkedIn", yaxın vaxtlarda süni intellektdən istifadəyə dair planlarını açıqlamışdı. Şirkət, "LinkedIn Premium" abunəçilərinə postları, profil məlumatlarını və hətta mesajları yazmaq üçün daxili süni intellekt alətləri təqdim edib.

Süni intellektin tanınması üzrə fəaliyyət göstərən "Originality AI" şirkətinin "WIRED" nəşrinə təqdim etdiyi yeni analiz, "LinkedIn"dəki 100-dən çox sözlə yazılmış ingilis dilindəki geniş paylaşımların 54 %-dən çoxunun süni intellekt tərəfindən yaradıldığını göstərir.

"Originality"nin analizində 2018-ci ilin yanvarından 2024-cü ilin oktyabrına qədər yayımlanmış 8.795 paylaşım araşdırılıb. İlk illərdə "LinkedIn"də süni intellekt vasitəsilə yazılmış mətnlərin istifadəsi "əhəmiyyətsiz" səviyyədə idi. Lakin 2023-cü ilin əvvəllərində bu cür paylaşımların sayında böyük bir artım müşahidə edilib.

"Originality AI" şirkətinin baş direktoru Con Gilham (John Gillham) bildirib: "Artım "ChatGPT" istifadəyə veriləndən sonra baş verdi." "OpenAI" şirkətinin söhbət botu olan "ChatGPT" 2022-ci ildə bazara çıxarılmışdı.

Analiz həmin dövrdə süni intellekt tərəfindən yazıldığı ehtimal olunan paylaşımların sayının 189 % artdığını üzə çıxarıb. "LinkedIn" isə platformadakı paylaşımların neçə faizinin süni intellekt vasitəsilə yaradıldığını və ya redaktə edildiyini izləmədiyini açıqlayıb.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Dünya bazarlarında neft və qazın son qiyməti

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi

"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov

"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat - SƏHƏR OXUSU

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin