Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?
Telefon parolunun unudulması halında Android və iPhone cihazlarının açılması yolları müasir telefonlarda mövcud olan parol növlərini bəzən yadda saxlamaq çətin olur.
Həyatımızın bir parçasına çevrilən telefonları və onun daxilində olan şəxsi məlumatları kənar təhlükədən qorumaq üçün onları parollarda saxlayırıq. Bəzən isə telefonda baş verən hansısa nasazlıqdan və ya ani unutqanlıqdan parollar işləmir.
Bəs bu halda iPhone parolumuzu necə bərpa edə bilərik?
Valyuta.az müxtəlif iPhone modellərində parolun sıfırlanması və cihazların blokdan çıxarılması üçün üsulları təqdim edir.
Telefonlarda parol növləri:
PIN-kod: Rəqəmlərdən ibarət olan PIN-kod cihazın ən çox istifadə olunan blokdan çıxarma üsuludur.
Hərfli parol: Hərf, rəqəm və simvollardan ibarət olan bu parollar daha təhlükəsiz olsa da, yadda saxlamaq çətindir.
Qrafik naxış: Android cihazlarında istifadə edilən qrafik naxış nöqtələri birləşdirərək yaradılır.
Biometrik üsullar, barmaq izi: Cihaz barmaq izi skaneri ilə açılır.
Üz tanıma: Üz tanıma texnologiyası ilə cihazın kilidi aradan qaldırılır.
Smart açar və ya NFC kartlar: Bəzi cihazlar NFC texnologiyasını dəstəkləyərək blokdan çıxarılmanı təmin edir.
iPhone-un blokdan çıxarılması: iPhone modelləri əsasən PIN-kod və biometrik metodlarla kilidlənir. Əgər parol unudulubsa, alternativ üsullar tətbiq edilə bilər:
Cihazın silinməsi funksiyası: Bu metod cihazdakı məlumatların tamamilə silinməsini tələb edir. Məlumatların ehtiyat nüsxəsi yoxdursa, bərpa mümkün deyil.
Addımlar: iPhone-u kompüterə qoşun və iTunes (və ya macOS Catalina üçün Finder) proqramını açın. Cihazı bərpa rejiminə keçirin: iPhone 8 və daha yeni modellər: Səs artırma düyməsini basıb buraxın, sonra səs azaltma düyməsini basıb buraxın. Yan düyməni saxlayaraq bərpa rejimi ekranını açın.
iPhone 7 və 7 Plus: Yan və səs azaltma düymələrini eyni vaxtda saxlayın. iPhone 6s və köhnə modellər: Güc və "Ev" düymələrini birlikdə saxlayın. iTunes və ya Finder cihazı seçin və "Bərpa et" düyməsini basın.
iCloud vasitəsilə silinmə: Əgər "iPhone-u tap" funksiyası aktivdirsə, cihaz iCloud vasitəsilə silinə bilər. Addımlar: iCloud rəsmi saytına daxil olun və Apple ID ilə giriş edin. "iPhone-u tap" funksiyasını seçin. Siyahıdan cihazınızı seçib "iPhone-u sil" düyməsinə basın. Blokdan çıxarıldıqdan sonra cihaz yenidən quraşdıra biləcəksiniz.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay