Qazaxıstanda “Telegram”ın ofisi açılacaq
Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev Telegram messencerinin ölkədə öz ofisini açacağını bəyan edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” yazır.
“Telegram ilə onların nümayəndəsinin təyin edilməsi və ofisin açılması barədə razılıq əldə edilib – bu, kontentə nəzarəti gücləndirmək üçün mühüm addımdır”, – deyə nazir bildirib.
Madiyevin sözlərinə görə, Qazaxıstanın rəqəmsal inkişaf nazirliyi qeyri-qanuni kontentin tez bir zamanda silinməsi və dağıdıcı kanalların bloklanması üçün messencerlə fəal əməkdaşlıq edir.
Bundan əvvəl “Sprut-Inform” şirkətinin həmtəsisçisi İqor Bederov Telegram messencerində qanunsuz kontenti tapmağa kömək edəcək yeni bir həll yolu barədə RİA Novosti agentliyinə danışmışdı. Bu həll “Sprut-Tel” adını alıb. Alət platformanı monitorinq edir və sifarişçinin təyin etdiyi açar sözləri aşkar etməyə kömək edir. Lazımi məlumatlar toplandıqdan sonra bu həll verilənlər bazasını yaradır və sonra məlumatların analitik işlənməsi həyata keçirilir.
6 oktyabrda Telegram kanallarda və qrup çatlarında paylaşılan məzmunla bağlı şikayət təqdim etmək üçün pozuntuların siyahısını genişləndirib.
İndi zorakılıq, spam, pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyası, müəllif hüquqlarının pozulması, şəxsi məlumatların yayılması və ya başqa səbəblərə əsaslanan şikayətlərə əlavə olaraq, uşaq istismarı, terrorizm, qanunsuz məhsulların yayılması ilə bağlı şikayətlər də daxil edilib, həmçinin "xoşuma gəlmir" və "qanunu pozmur, amma silinməlidir" cavabları da əlavə olunub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay