BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
38101

Azərbaycanda bu ilin əvvəlindən texnoparklara rezidentliklə bağlı qanunvericiliyin dəyişməsi digər ölkələrin şirkətlərinin ölkəmizin İKT sektoruna marağını artırıb.

Valyuta.az xəbər verir ki, bunu Bakıda keçirilən "Türkiyə texnologiya bazarı ilə tanışlıq" mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib.

O,qeyd edib ki, Türkiyə bu ölkələrdən biridir.

"Əslində bu məsələ ilə bağlı çoxdan iş gedir. Türkiyədə olan bir neçə təşkilat və assosiasiya ilə əməkdaşlığa başlamışıq. Avqustdan bəri danışıqlar gedir və keçən ay biz Türkiyəyə getdik, 70-dən artıq şirkətlə görüşdük. Onlardan 19-u - ən yaxşıları bu gün ölkəmizə gəlib. Bu günkü tədbirdə 100-ə yaxın yerli şirkətin nümayəndəsi də var. Onların da marağı budur ki, bu 19 şirkətdən hansılarla əməkdaşlıq alına bilər ki, daha sonra bu şirkətlər yerli filiallarını açsınlar, yerli şirkət təsis etsinlər və texnopark rezidenti olmaq imkanı qazansınlar. Agentlik olaraq bizim əsas rolumuz odur ki, bu iki tərəfi bir-birilə tanış edək, onların bir-birinə faydalı olduğu nöqtələri tapmağa yardımçı olaq", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum İKT sahəsində insan kapitalının inkişaf etdirilməsi ilə çox aktiv məşğul olur: "Layihələrimizdən biri kibertəhlükəsizlik sahəsində "Technion" universitetinin proqramını bitirən gənclərin Türkiyəyə təcrübəyə yönləndirilməsi idi. Hazırda Türkiyə və digər bir çox ölkələrlə də danışıqlar aparırıq ki, həm oradakı keyfiyyətli proqramları Azərbaycana gətirək, həm də Azərbaycandan olan gəncləri qısa müddətli təcrübə proqramına xarici ölkələrə yönləndirək. Çünki təhsil almaq yaxşı olsa da, onu böyük şirkətlərdə tətbiq etməyə başlamaq daha faydalıdır".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin