BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32584

Elon Mask “Twitter”i 25 aprel 2022-də təxminən 44 milyard dollara aldı. Bu satışdan sonra “Twitter”də nə kimi dəyişikliklər olacağı maraq yaradırdı. Maskın “Twitter”i alması hələ də müzakirə mövzusudur. Artıq 1 ildən çox zaman keçib. Elon Maskdan sonra “Twitter” nə qədər dəyişdi?

Hüsülü Mirsəid valyuta.az-a açıqlamasında bildirdi ki, Elon Maskın “Twitter”i almaq üçün əsaslı səbəbləri yox idi: “Müsahibələrinin birində Elon Mask bildirmişdi ki, sosial mediada çox sayda insanın fikir ayrılığı var və onların bir-birləri ilə müzakirə və mübahisələrində şiddət, təhqir çoxdur. O debata açıq bir platforma yaratmaq üçün “Twitter”i satın alacağını, bu sosial şəbəkənin hər kəsin istədiyini deyə biləcəyi azad bir cəhənnəm olmayacağını qeyd etdi. Bu, “Twitter”i almaq üçün əsas oldu. Mask bildirirdi ki, artıq istifadəçilər onlar üçün doğru olan reklamları və xidmətləri görə biləcəklər”.

​​​H.Mirsəid deyir ki, Mask artıq “Twitter”i istifadəçilər üçün əlavə qazanc mənbəyi kimi formalaşdırmağa başlayıb: “Threads” tətbiqi tez yayıldı, amma sektorda davamlı qalıb-qalmayacağı sual altındadır. Bu platforma “Twitter”ə nisbətdə daha rahat olsa da, “Twitter”in tarixi var. “Threads” bazara güclü girdi, amma o gücü əlində tam da saxlaya bilmədi. Bu Elon üçün bir zərbə olsa da, o tez toparlandı və “Twitter”in artıq əlavə qazanc və hər kəsə müəyyən qədər “Bitcoin” verəcəyini açıqladı. Bundan sonra “Threads” tətbiqinə olan köçlər nisbətən azaldı və “Twitter” öz bazar mövqeyini gücləndirdi”.

Marketoloqun sözlərinə görə, tvit limiti gətirildiyi üçün “Twitter”dən uzaqlaşanlar da az olmadı: “Twitter”də müəyyən kütləyə sahib olan bir çox şəxs bu qərarı qəbul etmədilər və böyük xaos yarandı. İnsanların bir qismi buna görə “Twitter”dən uzaqlaşdı. Xaosdan qazanclı olan “Threads” oldu. İnsanların bir hissəsi “Threads” hesabı açdı, lakin “Threads” zamanla öz populyarlığını itirəcək”.

H.Mirsəid Elonun “Twitter”in loqosunu dəyişməkdəki məqsədindən də danışdı: “Loqonu dəyişdirməkdə məqsədi özünün və “Space X”in nüfuzunu artırmaq idi. Elon “Twitter”i satın aldıqdan sonra böyük dəyişikliklər etdi. Rəhbərliyi dəyişdi, proqramçıları işdən uzaqlaşdırdı, “Twitter”in ana beynini sıfırdan yığdı. Ən sonda “Twitter”in adını “X” olaraq dəyişdirdi. Elonun burdakı tək bir məqsədi hakimiyyəti və proqramçıları özünə tabe etmək idi. Tabe olmayanlar bir-bir uzaqlaşdırıldı”.

Müsahib sonda əlavə etdi ki, hazırkı “X” tətbiqinin aqibəti stabil olaraq qalacaq: “Zamanla bu tətbiq bir çox sferada sınandıqdan sonra bu haqda fikir bildirmək mümkün ola bilər. Bir çox sosial şəbəkələrdə datalara və ya texniki səbəblərə görə çökmələr olur. Bütün sosial şəbəkələr çökdüyü halda davamiyyətin saxlaya bilsə, daha çox rəğbət qazanacağını qeyd edə bilərəm”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin