BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
31813

Yeni kompüterlərin (PC, laptop) baha olması, alıcılarda ikinci əl adlandırdığımız istifadə olunmuş kompüterlərə marağı artırır. İkinci əl kompüter maliyyə cəhətdən daha sərfəlidir. Lakin ikinci əl kompüter alarkən insanlar müxtəlif problemlərlə qarşılaşa da bilirlər. Buna görə də ikinci əl kompüter alarkən bir sıra məqamlara fikir vermək lazımdır. Bəs o məqamlar hansılardır?

İT mütəxəssis Araz Əhmədov valyuta.az-a açıqlamasında ikinci əl kompüter alarkən diqqət yetirilməli bir neçə məqam olduğunu dedi: “Kompüter alarkən öncə onun texniki vəziyyətini, yəni fiziki zədəsinin olub-olmamasını və fiziki göstəricilərini (əməli və daimi yaddaşın ölçüsünü, prosessor tezliyini, qrafiki təsvir kartının gücünü və s.) yoxlamaq lazımdır. Sonra kompüterin xüsusiyyətlərinin sizin ehtiyacınıza uyğun olub-olmadığını yoxlayın. Misal olaraq siz oyun oynayan, yaxud qrafik işləri ilə məşğul olan birisinizsə, sizə daha güclü qrafik kartı olan bir kompüter lazım olacaq. Yox ofis işləri ilə məşğul olacaqsınızsa, orta səviyyəli bir prosessorlu və SSD-li kompüter sizi artıqlaması ilə qane edəcək. Əgər kompüteri mağazadan alırıqsa, mütləq zəmanət verilib verilməsini və ya ilkin zəmanətin qüvvədə olub-olmamasını dəqiqləşdirməliyik. Heç bir zəmanət halı yoxdursa, məhsulu almaq fikrindən daşınmağınız tövsiyə olunur”. 

Müsahib qeyd etdi ki, ikinci əl noutbuk alınan zaman batareya önəmli amildir: “Bəziləri üçün heç bir əhəmiyyət kəsb etməsə də, daim hərəkətdə olan insanlar üçün batareya ömrü mühüm amildir və ikinci əl noutbuk alarkən xüsusilə diqqət yetirilməlidir. Çünki zaman keçdikcə batareya ömrü azalır. Əksər ikinci əl noutbuklarda batareya artıq köhnəlmiş halda olur”. 

Mütəxəssis kompüterə müəyyən əlavələr etmək istəyənlərə bunları tövsiyə etdi: “Kompüterin prosessorunu dəyişmək, ramını, yaddaşını artırmaq, yəni HDD/SSD əlavə etmək istəyirsinizsə, bu parçaların dəyişilə bildiyini öyrənmək lazımdır. Çünki bəzi kompüterlərdə, xüsusilə noutbuklarda bu və buna bənzər parçalar ana plataya lehimlənmiş halda olur və dəyişdirilməsi demək olar mümkünsüzdür”. 

A.Əhmədov kiçik görünsə də, çox önəmli bir sıra nüanslardan da bəhs etdi: “İkinci əl məhsul alarkən satıcının etibarlılığı haqqında məlumatlı olmalıyıq. Satıcı haqqında kiçik araşdırma etmək pis fikir olmaz. Çünki ikinci əl noutbukların yararsız olması ehtimalı yeniyə nisbətən daha çoxdur. Alışdan öncə kompüteri mütləq test etmək, istifadə etmək, klaviaturasını və s. yoxlamaq lazımdır. Bu nüansı qətiyyən unutmaq olmaz. Bundan başqa bəzi insanların istifadə olunmuş kompüteri elə yeni qiymətinə də alması halları olur. Bu halla üzləşməmək üçün alacağımız kompüterin bazar qiymətini araşdırmalıyıq. Əgər təhlükəsizliyə və hər şeyin rəsmi olmasına diqqət yetirən birisinizsə, əməliyyat sisteminin (Windows və.s) yeni və lisenziyalı olmasına da fikir vermək lazımdır”.

Müsahib sonda bildirdi ki, yeni və ya ikinci əl kompüterin alınması zamanı alıcılar mütəxəssislərlə məsləhətləşsinlər: “Çünki bu texnologiya sahəsi çox dərindir və bu sahə ilə məşğul olmayan bir şəxsin görmədiyi nüansları mütəxəssis asanlıqla görə bilər. Bundan əlavə, xırda məqamlar var ki, onlar qeyd etsək, çox insan tərəfindən başa düşülməyəcək. Bütün bunlara görə mütəxəssislə məsləhətləşmək daha düzgün addım olardı”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin