![](https://valyuta.az/file/articles/2024/12/17/1734431010_3r2a0146.jpg)
Gömrük
17.12.2024 / 14:20
Azərbaycan gömrüyü 11 ayda büdcəyə proqnozdan 150 milyon manat artıq vəsait köçürüb
61583
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.
Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.
Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2,9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: "Halbuki, ötən il bu güzəştlərin dəyəri 2,3 milyard manat təşkil edib".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay