"Sarens Azerbaijan" məhkəmə qarşısında
"Sarens Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay