Gömrük
25.05.2023 / 15:29
Şahin Bağırovdan əmr: Bəzi idarələr, şöbələr ləğv ediləcək...
28785
Dövlət Gömrük Komitəsinin Aparatında və tabeli qurumlarında bir sıra dəyişikliklər aparılacaq.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK sədri, general-leytenant Şahin Bağırovun əmri ilə yeni struktur layihəsi hazırlanıb.
Layihəyə əsasən, komitənin aparatında bir-birini təkrarlayan bir sıra idarələr və şöbələr ləğv ediləcək, bəziləri birləşdiriləcək və yaxud yeniləri ilə əvəzlənəcək.
Həmçinin bu qərar tabeli qurumlara da şamil ediləcək.
Dəyişiklik əsasən Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli mallar üzrə Baş Gömrük İdarəsi, gömrük postları və terminallarında reallaşacaq.
Qərarın gələn ayın ortalarına kimi təsdiq ediləcəyi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay