BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
9856

Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin Süveyş kanalında saya oturması dünya iqtisadiyyatına milyonlarla dollar ziyan vurdu. Əsas yükü neft və neft məhsulları olan gəminin bir neçə gün kanalda ilişib qalması çox qəribə nəticələr verdi. Süveyş kanalındakı hadisədən sonra neft qiymətlərində 5 faiz artım qeydə alınsa da, sonra bu anidən 2 faizə düşdü. Birjalarda və neft qiymətlərindəki bu dalğalanmalar nə qədər davam edəcək?  

Valyuta .Az-a açıqlama verən qlobal iqtisadi proseslər üzrə ekspert Azər Balamedov bildirib ki, neft maliyyə aktivi olduğu üçün onun qiyməti bir başa fond indeksləri ilə, fond indekslərinin qiyməti isə birbaşa koronavirusa bağlıdır.

“Söhbət ondan gedir ki, brend markalı neft artım tempində qalır. Hazırda neftin qiyməti 63-64 dollar arasındadır. Bu da normaldır. Əgər yaxın gələcəkdə neftin qiyməti bir neçə həftə möhkəmlənə bilsə, artım trendi yenidən bərpa oluna bilər. Neftin qiyməti gələn həftə 60 dollardan aşağı düşsə, o zaman  neft qiymətlərində 55 dollara qədər düşüşlərin şahidi ola bilərik. Süveyş kanalındakı hadisə neft qiymətlərinə fors-major təsir göstərdi. Təsadüfi hadisə olsa da, sistemli xarakter daşıyır. Bir müddət öncə Yaponiyada neft emalı zavodundakı yanğınlar, Səudiyyə Ərəbistanında “Saudi aramko” şirkətinin bazalarına dron hücumlarını nəzərə alsaq, burda təbii amillərdən söhbət  getmədiyini anlamaq olar. Süveyş kanalındakı hadisə dünya iqtisadiyyatına güclü siqnal verdi ki, artıq alternativ yolların yaranması  lazımdır”,- deyə ekspert  vurğulayıb.

Bir çox ekspertlərin neft qiymətləri ilə bağlı bədbin proqnozlarına baxmayaraq, Azər Balamedov hesab edir ki, artım trendinin qüvvədə olduğunu görürük və 70-72 dollara qədər artım ola bilər.

“Lakin müəyyən şərtlər əsasında. Süveyş kanalında baş verən hadisələr qısa müddətli fundamental hadisələrdir və əsas bazarlara qısa müddətdə təsir edir. Bazarlara orta və uzun müddətdə təsir edən amil ABŞ-ın aparıcı fond indeksləridir. S&P-500” ,  Dow Jones  və  texnoloji fond indeksi olan Nasdakda korreksiyalar olduqca neftin qiymətində də korreksiyalar baş verir. Neft maliyyə aktivi olduğu üçün onun qiyməti birbaşa  fond indeksləri ilə bağlıdır. Fond indekslərinin qiyməti isə birbaşa koronavirusa bağlıdır”.

Ekspert qlobal pandemiyanın süni şəkildə indekslərə təsiri barədə də danışıb.

“Covid-19-la bağlı qeyri-müəyyənliklər bir xeyli problemlər yaradır. Peyvəndlərin istehsalı,  bölüşdürülməsi, çatdırılması yeni bir mərhələyə qədəm qoyub və dünyanın güclü dövlətlərini rəqabətə salıb. Bu  rakursdan baxanda fond indeksləri lazımi səviyyəni saxlaya bilmir.  Bundan əlavə stimullaşdırma  proqramları da indekslərin müəyyənləşməsində rol oynayır. Bazar gözləntilərlə yaşadığı üçün fond indeksləri yeni stimullaşdırma proqramları olmayana qədər  korreksiyaya uğrayacaqlar, onlarda da artım trendləri qalmaqdadır. Yaxın zamanlarda S&P-500,  Dow Jones və  Nasdakda yeni maksimumlar qeydə alınacaq, bu da neftin qiymət artımına səbəb olacaq.

İqtisadçı bildirib ki, 2008-ci ildən fond indeksləri müntəzəm artışdadır və Covid-19 özü də fond indekslərinə xidmət edir. Məqsəd varlıların daha da varlanması, kütlənin daha da kasıblaşdırılmasıdır. Yəni insanlar öz əlləri ilə pullarını başqalarına transfer edirlər.

“2019-cu ilin mart ayından bu yana fond indekslərində rekordlar qeydə alınır. Məqsəd  böyük kütlənin pulunun kiçik bir kütləyə transfer edilməsidir. Yəni milyarderlərə. ABŞ-da milyarderlərin, trilyonerlərin (burda bir neçə şirkət və holdinqlər nəzərdə tutulur) ümumi varidatı 3,5  trilyondan 5 trilyona qədər artıb, dünyadakı milyarderlərin varidatı 8,7 trilyondan 13 trilyona qalxıb. Yəni belə bir tendensiyaların fonunda fond indekslərinə yeni stimullaşdırma proqramları daxil olacaq. Onlar yüksəkdə saxlanılmalıdır ki, idarə edən güclərin gücünə güc qatılsın. Bu zaman əsas hədəflərdən biri dünyada inflyasiyanı işə salmaqdır. 20-25 faizlik inflyasiyaların olmasını hədəfləyirlər.  FED-in iclasında bildirildi ki, lazımi dərəcədə inflyasiyanı işə salacaqlar. Bunun  üçün fond ideksləri, maliyyə aktivləri yuxarıda olmalıdır, xammal, əmtəə bazarlarında  yüksək qiymətlər müşahidə olunmaldır və olunur. Bütün bunlar eyni zamanda bank sektoru ilə bağlıdır. Aparıcı mərkəzi banklar faiz dərəcələrini 0  faizdən yuxarıda saxlaya bilmirlər və inflyasiya tələb edirlər. İnflyasiya  üçün əmtəə qiymətlərinin böyük olması vacibdir. Bu plan həyata keçərsə, neftin qiymətində artım  və bu da öz növbəsində bütün məhsul və xidmətlər üzrə qiymət yüksəlişinə səbəb olacaq” .

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin