BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
9338

Xəbər verdiyimiz kimi, Rusiya qazı Ermənistana “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan ərazisindən veriləcək. 

Bu barədə açıqlama yayan “Qazprom eksport” şirkəti bildirib ki, “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri müddətində Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql olunacaq. Bununla əlaqədar martın 16-da SOCAR və “Qazprom eksport” şirkətləri arasında qısamüddətli müqavilə imzalanıb. 

Şirkətdən təmir işlərinin təxminən 3 həftə davam edəcəyi, daha sonra qaz əvvəlki marşrutla RF və Gürcüstan sərhədi vasitəsilə nəql olunacağı qeyd edilib. 

Qaz xəttinin çəkilməsinin Azərbaycana gəlirləri nədən ibarət olacaq?

Bu məsələni Valyuta.az-a şərh edən neft-qaz məsələləri üzrə iqtisadçı-ekspert İlham Şaban bildirib ki, Ermənistana qazın nəqli hər şeydən əvvəl qaz xəttinin çəkilməsinin tranziti qaydalarına uyğun həyata keçiriləcək.

Qaydalara görə, qaz xəttinin tranziti olan ölkəyə ümumi həcmin 5 faizi miqdarında ödəniş verildiyini deyən ekspert, bunun istər Aropada, istərsə də Post-sovet məkanında eyni olduğunu diqqətə çatdırıb: 

“Ancaq yeganə olaraq, İran  qazın Azərbaycandan Naxçıvana nəqli üçün 15 faizlik vergi alır. İşin ən böyük müsbət tərəfi, hazırki duruma görə, Naxçıvana yolların açılması ilə əlaqədar olacaq. Belə ki, artıq biz də öz qazımızı Naxçıvana Sovet dövründə olduğu kimi, birbaşa ötürə biləcəyik və ciddi maddi çətinlik çəkməyəcəyik”.

Ekspert, qaz xəttinin istiqamətinin Mazdok-Hacıqabul-Qardabani yolu ilə olacağını və 1981-ci ildə çəkilmiş magistral qaz kəməri vasitəsilə ötürüləcəyini diqqətə çatdırıb. 

Rusiya Ermənistana qazı hansı məbləğdə verəcək? 

Bu sualı cavablandıran İ.Şaban, keçən il “Gazprom” şirkətinin qazın orta satış məbləğinin 134 dollar olsa da, Ermənistana daha baha qiymətə, yəni 160 ABŞ dollarından satdığını xatırladıb: 

“Hər halda, indi vəziyyətdə də qiymət dəyişməz olaraq qalacaq. Əgər ötən ilə qədər rus qazı Ermənistan üçün baha olubsa, cari ildə də qiymət olduğu kimi saxlanılacaq”. 

Onun fikrincə, qazın nəqli Azərbayacan üçün çox böyük bir dividentdir: 

“Bu proses həm dünya miqyasında, həm Post-sovet məkanında Azərbayacanın nüfuzu üçün, həm də münaqişənin sonrakı periodu üçün müsbət addımlara gətirib çıxaracaq. Biz bununla müsbət iqtisadi dividentlər əldə edirik. Bu məsələ eyni zamanda, düşmənlə tolerant davranmağımızın sübutudur”. 
 

Kamran Xəlilov

Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin