BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
9337

"Azərbaycan Dövlət Neft Şirkəti və “Qazprom” şirkəti martın 16-da Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə görə,  Rusiya “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri apardığına görə Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində Ermənistandakı istehlakçılara qaz tədarük edəcək. Yayılan məlumatda bildirilir ki, işlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək. Aydındır ki, bu liderlər səviyyəsində əldə olunan razılaşmadır”. 

Valyuta.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın Ermənistana 3 həftəlik qaz nəqlində iştirak etməsini şərh edərkən deyib.

Politoloq hesab edir ki, rəsmi Bakı bu məsələdən erməni havadarlarına qarşı istifadə edə bilər: 

“Ən çox səslənən sual budur: Azərbaycan Ermənistana qaz nəqlində iştirak  etməlidirmi?

Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini Bakıdan Moskva xahiş edib. Görünür, Bakı Moskvaya “yox” cavabının mənfi nəticələrini hesabladığından Emənistana müvəqqəti qaz nəql etməyə qərar verilib. Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki müharibədə qələbə çalan Azərbaycanın məğlub və “Artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir. Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzinə işğalla və soyqırımlarla üzləşib. Ona görə də Azərbaycanın Ermənistanın bu ağır vaxtında onlara qaz nəql etməsinin ermənilərin düşüncəsinin dəyişəcəyini düşünmək mümkün deyil. Ona qalsa Dövlət Netf Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında erməniərin minnətdarlığını kimsə eşitdimi? 

Buna baxmayaraq, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərini az da olsa güclənməsinə xidmət edə bilər. Misal üçün, Paşinyan Azərbaycan və gələcəkdə Türkiyə ilə əməkdaşlığın iki qonşu dövlətlə qarşıdurmadan ermənilər üçün daha faydalı ola biləcəyini xalqına izah edə bilər. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik. “Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – bu Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin