BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
8114

Bu gün səhər neftin qiyməti ABŞ-da hasilatın azalması fonunda zəif artım dinamikası nümayiş etdirib. Bakı vaxtı ilə saat 08:37-yə olan məlumata görə, “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,06% artaraq bir barel üçün 66,22 ABŞ dollarına, aprel fyuçersləri isə 0,16% bahalaşaraq 67,15 dollar/barelə çatıb. WTI markalı neftin aprel fyuçerslərinin dəyəri 0,05% azalaraq bir barel üçün 63,19 ABŞ dolları təşkil edib.

Bu arada Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti də yüksəlib. Bu gün birjalarda “Azeri Light”-ın bir bareli 66,77 ABŞ dollarına ticarət edilib. Mütəxəssislər “qara qızıl”ın bahalaşmasını neft hasilatı ilə məşğul olan ölkələrin gəlirlərinin artması kimi qiymətləndirərək müsbət tündensiyanın davam edəcəyini proqnozlaşdırırlar. Lakin bu arada bahalaşmaya səbəb olan digər amillərə də diqqət çəkməyi tövsiyə edirlər.  

Neftin bahalaşmasına münasibət bildirən iqtisadçı, professor Elşad Məmmədov Valyuta.az-a açıqlamasında bahalaşmanın əsasən 3 amillə bağlı olduğunu vurğulayıb: 

“Son həftələr ərzində neftin qiymətlərində müşahidə edilən dəyişikliklər, dəyərin artması bu amillərlə bağlıdır. Birinci, OPEK+ ölkələrinin yeni formatda toplanması və neft hasilatının xeyli dərəcədə  azaldılmasıdır. İkinci amil kimi ABŞ-da neft hasilatının rentabellik göstəricilərinin azalmasına görə bu ölkədə neft hasilatının azalmasına doğru müşahidə edilən prosesləri və bu istiqamətdə qeyd olunan dinamikanı görmək mümkündür. Qiymətlərin bahalaşmasına təsir edən üçüncü amil isə şübhəsiz ki, dollar kütləsinin kəskin şəkildə artımıdır”. 

İqtisdaçı bazarda dollar kütləsinin artmasının faktiki olaraq bütün aparıcı ehtiyat aktivlərin qiymətlərinin bahalaşması ilə şərtləndirildiyini vurğulayıb. Artıq bir sıra aktivlərin qiymətlərində artımların müşahidə edildiyini xatırladıb:

“Biz görürük ki, həm bitkoinin, həm də qızılın qiyməti artır. Eyni zamanda səhm bazarında da kəskin artımlar var. O cümlədən də neft aparıcı aktiv kimi qiymətdə artmalı idi. Çünki dollar kütləsi kəskin şəkildə artırılıb. Faktiki olaraq son aylar ərzində ABŞ-da dollar emissiyasının artmasını müşahidə edirik. Şübhəsiz ki, dollarla ifadədə aparıcı ehtiyat aktivlərinin, o cümlədən, neftin qiymətinin artması labüddür”.

E.Məmmədov bu bahalaşmanın dollar devalvasiyası ilə müşahidə edildiyini vurğulayıb. Ona görə də həmin dolların alıcılıq qabiliyyətinin düşdüyünü deyib:

“Hesab edirəm ki, Azərbaycanda iqtisadi islahatlar qeyri-neft, qeyri-xammal sektorunun inkişafı məsələləri ardıcıl şəkildə davam etdirilməlidir. Neft ixracatından əvvəlki iqtisadi dividentlərin əldə edilməsini gözləmək doğru deyil. Hesab edirəm ki, biz eyni zamanda maliyyə “köpüklərinin” ABŞ-da və bütövlükdə dünya iqtisdaiyyatında daha da böyüməsinin şahidi olacağıq. Bu da son nəticədə bazarlarda kəskin dalğalanma proseslərinin olmasını və qəflətən qiymətlərin enməsini labüd edəcək. Ona görə də ölkədə dayanıqlı şəkildə qeyri-neft, qeyri-xammal sektorunun inkişafına ölkədə ehtiyac var. Bunun vasitəsilə Azərbaycan dünya ticarətində ekvivalent şəklində öz mövqeyini tapa bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin