Energetika
08.02.2021 / 19:18
Azərbaycan xaricə təbii qaz satışını 16% artırıb
7307
Azərbaycan keçən il xaricə təbii qaz satışını 15,6 faiz artırıb.
Valyuta.Az Energetika Nazirliyinə istinadla xəbər verir ki, 2020-ci ildə ölkədə 37,1 milyard kubmetr (proqnozdan 1 milyard kubmetr, yəni 2,6 faiz az) qaz hasil edilib. Əvvəlki ilə görə isə 1,5 milyard kubmetr, yəni 4,2 faiz çox qaz hasil olunub.
Qaz həcmlərinin 7,3 milyard kubmetri SOCAR-ın, 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 18,1 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.
İl ərzində xaricə qaz satışı 13,5 milyard kubmetr (proqnozdan 590 milyon kubmetr az) olub. Əvvəlki illə müqayisədə xaricə qaz satışı ümumilikdə 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay