Azərbaycan Şimal neft kəməri ilə neft ixracını azaldıb
Ötən il Azərbaycan Bakı-Novorossiysk (Şimal istiqamət) boru kəməri vasitəsi ilə 0,6 mln. ton neft ixrac edib.
Energetika Nazirliiyindən "APA-Economics"ə verilən məlumata görə, ötən il sözügedən istiqamət üzrə neftin ixracı 2019-cu ilin göstəricisi ilə müqayisədə 29% azalıb.
Xatırladaq ki, Şimal istiqamətində çəkilən Bakı Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.
Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir.
Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay