Avropada qaz qiymətləri artmaqda davam edir
Noyabr ayında Avropa qaz qiymətləri 21% artıb.
Valyuta.Az xəbər verir ki, Avropa qaz qiymətlərindəki artımın əsas səbəbləri arasında Avropa qaz anbarlarından rekord həcmdə qaz çıxarılması, temperaturun enməsi, Rusiyanın Avstriyanın "OMV" şirkətinə qaz tədarükünü dayandırması ilə bağlı açıqlamalar və ABŞ-ın "Gazprombank"a qarşı tətbiq etdiyi sanksiyalara görə Rusiya qaz ödənişlərində yaranan risklər yer alır.
Londondakı "ICE" birjası və "TASS" agentliyinin hesablamalarına görə, noyabr ayında Avropa qaz qiymətləri 21% artaraq hər 1.000 kubmetr üçün təxminən 521 dollar təşkil edib.
Qazın fyuçers qiyməti 31 oktyabr tarixində hər 1.000 kubmetr üçün 432 dollar idi. Lakin 29 noyabr tarixində ticarət 521 dollardan bağlanıb ki, bu da əvvəlki ayın sonundakı səviyyəyə nisbətən 21% artım deməkdir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay