Yaxın Şərqdə genişmiqyaslı müharibə riski azaldı, neft ucuzlaşmağa başladı
Yaxın Şərqdə genişmiqyaslı müharibə risklərinin azalması neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
"Brent" markalı neftin fyuçersləri 67 sent və ya 0,77% ucuzlaşaraq 86,62 dollar/barelə bərabər olub. Öz növbəsində, ABŞ-ın "West Texas Intermediate" markalı xam neftin may fyuçersləri 63 sent ucuzlaşaraq bir barel üçün 82,51 dollar təşkil edib. Daha aktiv iyun müqaviləsi 64 sent azalaraq barel üçün 81,58 dollara düşüb.
"Brent" neft qiymətləri ilkin yüksəlişini davam etdirə bilmədi, çünki İsrail və İran arasında geosiyasi gərginliyin İranın mülayim reaksiyası səbəbindən azalacağı gözlənilir. Eyni zamanda, bazarlar potensial tədarükün pozulması ilə bağlı geosiyasi risk mükafatını artırmağa davam edir. Bu, hazırda daha çətin görünür", deyə IG bazar strateqi Yip Jun Ronq bildirib.
Xatırladaq ki, ötən həftə neftin qiyməti xeyli qalxmışdı: baza müqavilələri 3 dollardan çox artım göstərmişdi. Qiymət tezliklə aşağı düşsə də, sıçrayış qiymətlərin daha da artması qorxusunu artırıb.
Bəzi analitiklər "qara qızıl"ın qiymətinin bir barel üçün 130 dollara qədər arta biləcəyini iddia edirdilər: belə ssenarinin şərtlərindən biri enerji infrastrukturu obyektlərinə hücumlar idi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay