Rusiyanın Gürcüstana LNG tədarükü kəskin artıb
Fevral ayının nəticələrinə əsasən, Rusiya Gürcüstana mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü ötən illə müqayisədə iki dəfə artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqına istinadən yazıb.
Ümumilikdə, ötən ay Gürcüstan digər ölkələrdən 6,47 min ton LNG alıb, 2023-cü ilin analoji dövründə bu rəqəm 3,37 min ton olub. Rusiya xammalının ümumi tədarükdə payı 99,8%, yəni 6,46 min ton təşkil edib.
Martın əvvəlində baş nazirin müavini Aleksandr Novak Rusiyanın 2023-cü ildə Avropaya nə qədər LNG göndərdiyini açıqlayıb. Məlum olub ki, tədarük həcmi sanksiyalara baxmayaraq 38% artaraq 15 milyon tonu ötüb.
Bundan əvvəl İspaniya Rusiya Federasiyasından LNG-yə ümumavropa embarqosuna ehtiyac olduğunu açıqlamışdı. Rusiyanın enerji resurslarından imtina məsələsi Avropa üçün ən çətin məsələlərdən biri olaraq qalır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay