Energetika
12.03.2024 / 16:53
“Lukoil”in neft emalı zavoduna PUA hücumu - Zavod fəaliyyətini dayandırdı
44182
Rusiyanın Nijni Novqorod vilayətindəki “Lukoil” neft emalı zavodu PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.
Valyuta.az Report-a istinadən xəbər verir ki, məlumatı “Kommersant” yayıb.
Bildirilib ki, martın 12-də PUA-ların hücumu nəticəsində "Lukoyl" ən böyük neftayırma zavodunun ilkin neft emalı blokunda yanğın olub.
“Lukoyl” hadisəyə şərh verməkdən imtina edib.
Məlumata görə, ötən gecə Nijni Novqoroddan başqa, Oryol, Kursk, Voronej, Tula və Belqorod vilayətləri də PUA hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin də vurulan pilotsuz aparatların Moskvaya doğru uçduğunu açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay