Türkiyənin Türkmənistana kimyəvi maddə məhsulları ixracı artıb
Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında Türkmənistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıraraq 20,8 milyon dollara çatdırıb.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin fevral ayında Türkiyənin Türkmənistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz artaraq, 11,6 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq, 5 milyon dollara çatdırıb.
2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024-fevral 2023) Türkiyə 30,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay