“Fitch" neftin qiyməti ilə bağlı proqnozlarını dəyişdi
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illər üçün neftin qiymətləri, eləcə də Avropada təbii qazın 2024 və 2026-cı illər üzrə proqnozlarını artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
Agentliyin hesabatında qeyd olunur ki, neft proqnozlarına yenidən baxılması OPEC+-in hasilatın həcminə ciddi nəzarəti davam etdirməsi ilə bağlıdır. Yeni proqnoza görə, 2023-cü ildə "Brent" markalı neftin orta qiyməti əvvəllər proqnozlaşdırılan 80 dollar əvəzinə 82 dollar/barel olacaq. 2024-cü il üçün qiymət də bir barel üçün 75 dollardan 80 dollaradək düzəldilib.
WTI qiymətləri ilə bağlı proqnozlar 2023-cü ildə bir barel üçün 3 dollar artaraq, 75 dollardan 78 dollara qədər yenidən işlənib. Növbəti gün "Fitch" analitikləri Texas neftinin orta qiymətini 70 dollardan 75 dollara qaldırıblar.
“Fitch” analitiklərinin fikrincə, qaz qiymətləri ortamüddətli perspektivdə yüksək olaraq qalacaq, çünki Qətər və ABŞ-da yeni layihələrin işə salınmasından sonra qlobal LNG ixrac imkanlarının əhəmiyyətli dərəcədə artması yalnız 2026-cı ilə qədər gözlənilir.
Eyni zamanda, agentlik Amerika qaz qovşağı "Henry Hub" ilə bağlı proqnozları dəyişməyib. "Fitch"in məlumatına görə, ABŞ-da qaz hasilatı istehlakdan daha sürətlə artır, baxmayaraq ki, fərq daralır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay