İlin sonuna qədər neftin qiyməti necə olacaq? - PROQNOZ
"İlin sonuna kimi "Brent" markalı neftin bir barelinin qiyməti 90-95 dollara çata bilər".
Valyuta.az xəbər verir ki, bunu gazeta.ru-ya "BitRiver"in iqtisadçısı və kommunikasiya direktoru Andrey Loboda verib.
O, belə bir ssenarinin dünyada artan yanacaq qıtlığı fonunda mümkün olduğunu izah edib.
“İlin sonuna qədər Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını azaltmağa davam edəcək, digər OPEK ölkələrində isə hasilat plandan geri qalmağa davam edəcək. Bu o deməkdir ki, Çində artan tələbatı tam ödəmək üçün təklifin kifayət qədər artmağa vaxtı olmayacaq”, deyə Loboda izah edib.
İqtisadçının fikrincə, xammala qlobal tələbat artıq təklifi üstələyir, ona görə də Beynəlxalq Enerji Agentliyinin proqnozlaşdırdığı dördüncü rübdə yanacaq qıtlığı ehtimalı böyükdür. Noyabr hesabatında dördüncü rübdə dünyada əhəmiyyətli neft qıtlığı proqnozlaşdırılır. Agentlik öz qiymətləndirməsini OPEC+ alyansının neftə olan tələbatdan gündə 900 min barel az hasil etməsi ilə izah edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay