Yaxın Şərqdəki müharibə Rusiyanın neft gəlirlərini artıracaq
"Yaxın Şərq münaqişəsi Rusiyanın neft gəlirlərini artıracaq".
Valyuta.az xəbər verir ki, bunu ABŞ-ən “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak deyib.
"Səudiyyə Ərəbistanı liderləri, xüsusən də İsraillə yaxınlaşma prosesinin faktiki olaraq dayandırıldığına işarə edərək, regionda Qərbin maraqları ilə toqquşmağa məcbur olsalar, bu ölkə həm Avropaya, həm də Birləşmiş Ştatlara neft tədarükünü məhdudlaşdıra bilər", deyə Şostak bildirib.
O, izah edib ki, Rusiya bu cür siyasi mülahizələrlə bağlı deyil və neft məhsullarının satışından əldə edilən gəliri artırmaq imkanına malikdir, eyni zamanda, enerji qiymətlərindəki tavana məhəl qoymamaq və öz qiymətlərini təyin etmək imkanı əldə edir.
Əvvəllər ekspert Rusiya neftinin qiymətini 2024 və 2025-ci illər üçün proqnozlaşdırmışdı. Onun hesablamalarına görə, Rusiyanın "Urals" neftinin orta illik qiyməti 2024-cü ildə bir barel üçün 70 dollar, 2025-ci ildə isə 75 dollar təşkil edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay