Argentina Rusiyadan gələn maye qaz gəmisini limana buraxmadı
Argentina hökuməti dövlət enerji şirkəti "Enarsa" üçün Rusiyadan mayeləşdirilmiş təbii qaz daşıyan "Flex Artemis" gəmisinin limanına girişini əngəlləyib.
Valyuta.az xəbər verir ki, ölkənin iqtisadiyyat naziri Sergio Massa bunu sanksiyalara əməl olunması ilə əlaqələndirib.
“Bəzi Rusiya şirkətlərinə tətbiq edilən beynəlxalq sanksiyaları nəzərə alaraq, Rusiya mənşəli LNG olan gəminin ölkəyə girişini əngəlləmək qərarına gəldik”, deyə nazir "Bloomberg"ə bildirib.
İyunun 25-də "Flex Artemis" gəmisi gəmi izləmə sisteminə görə Fransanın Montoyre de Bretagne terminalında Yamal LNG ("Novatek"in bir hissəsi) tərəfindən istehsal olunan yanacağı yükləyib. Gəmi daha sonra Argentinanın LNG terminalı Bahya Blankaya doğru irəliləyib və iyulun 14-də ona yaxınlaşıb. Lakin iyulun 18-i əks istiqamətə dönüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay