Neftin qiyməti qalxır: Qlobal bazarda nə baş verir?
Brent fyuçersləri 5 sent və ya 0,1% artaraq GMT vaxtı ilə saat 02:42-də bir barel üçün 81,41 dollar olub.
Valyuta.az Reuters-ə istinadla xəbər verir ki, ABŞ-ın West Texas Intermediate fyuçersləri 9 sent və ya 0,1% artaraq 76,98 dollara çatıb. Bu ay təxminən 9% artan hər iki indeks ardıcıl dördüncü qazanc sessiyası üçün yoldadır.
Neft qiymətləri, Liviya və Nigeriyada tədarükün kəsilməsi, eləcə də ABŞ-da aşağı inflyasiya səbəbindən daha güclü neft tələbi ilə bağlı ümidlər səbəbindən aprel ayından bəri ilk dəfə ardıcıl üçüncü həftəlik artım qeydə alınıb.
Qiymətə həmçinin bu ay dünyanın ən böyük neft ixracatçıları olan Səudiyyə Ərəbistanı və Rusiyanın ötən ilin noyabr ayından bəri davam edən neft tədarükünün kəsilməsini dərinləşdirmək barədə razılığa gəlməsi və xam neft qiymətlərini daha da dəstəkləməsi də təsir edir.
OANDA-nın analitiki Edvard Moya deyib:
"Neft qiymətləri Liviya və Nigeriyanın fasilələrlə üzləşməsi və Rusiyanın neft ixracının nəhayət azalması ilə neft bazarının çox sıxlaşacağına dair gözləntilərdən yüksəlir".
10 iyul 2023-cü ildə investor qərarsızlığı neft qiymətlərini dəyişib. Amerika neftinin West Texas Intermediate markalı neftinin qiyməti bir barel üçün 73,31 dollara düşüb.
İyulun 12-də Brent fyuçersləri GMT vaxtı ilə saat 03:56-a kimi 6 sent artaraq 79,46 dollar, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 6 sent artaraq barreli 74,88 dollar olub.
Əsas neft ixracatçıları tərəfindən planlaşdırılan tədarük ixtisarı və inkişaf etməkdə olan ölkələrdə artan tələbat ümidləri bütün dünyada iqtisadi çətinlikləri kompensasiya etdiyi üçün neft qiymətləri yüksəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay