Türkiyə Rusiyadan qaz tədarükünə alternativ axtarmaq niyyətindədir
Türkiyə Rusiya ilə qaz sənayesində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Lakin Ankara qaz təchizatı sahəsində digər layihələri də inkişaf etdirməyi planlaşdırır.
Valyuta.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri rəhbəri Alparslan Bayraktar deyib.
“Biz uzun illərdir ki, enerji sahəsində Rusiya ilə əməkdaşlıq edirik. Rusiya Federasiyası Türkiyə üçün hər zaman mühüm təchizatçı olub, hətta böhranlı dövrlərdə də etibarlı təchizat rolunu yerinə yetirib”, deyə Türkiyənin energetika naziri vurğulayıb.
Bayraktarın sözlərinə görə, Türkiyə heç vaxt Rusiyadan qaz nqəlində qıtlıq yaşamayıb:
“Biz LNG daxil olmaqla mühüm enerji infrastrukturu yaratdıq. LNG-nin təqribən 10%-i bazarımıza Amerika şirkətləri tərəfindən verilir”.
O qeyd edib ki, qaz ehtiyatlarının tədarükü üçün müxtəlif alternativlər var və Ankara buna diqqət yetirmək istəyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay