Səudiyyə Ərəbistanı və Fransadan 11 milyard dollarlıq layihə
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" və Fransanın "TotalEnergies" şirkəti yeni neft-kimya kompleksinin tikintisini əhatə edən 11 milyard dollarlıq müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Saudi Aramco”nun saytında məlumat verilib.
Açıqlamada qeyd olunub ki, yeni kompleks Səudiyyə Ərəbistanının şərqindəki Cubail sənaye zonasında yerləşən mövcud SATORP neft emalı zavodunun strukturuna inteqrasiya olunacaq.
“Saudi Aramco” şirkətinin məlumatına görə, layihə qarışıq fazada termal krekinq apara bilən ən böyük zavodlardan biri olacaq. Planlaşdırılan istehsal həcmi ildə 1,65 milyon ton etilendir.
Martın 20-də "Reuters" xəbər vermişdi ki, "Saudi Aramco" və Almaniyanın "DHL Supply Chain" şirkəti Səudiyyə Ərəbistanında satınalma və logistika üzrə birgə müəssisə elan edib. Nəşr qeyd edib ki, birgə müəssisə ilkin olaraq digər ölkələrə mümkün genişlənmə ilə Səudiyyə Ərəbistanına diqqət yetirəcək.
Bundan əvvəl məlum olmuşdu ki, “Saudi Aramco” Cənubi Koreyada yeni neft-kimya istehsalının yaradılmasına 7 milyard dollar sərmayə qoymağa hazırlaşır. Eyni zamanda, investisiyaların hazırkı məbləği şirkətin Cənubi Koreya layihələrinə sərmayə qoyacağı 30 milyard dolların yalnız bir hissəsidir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay