Rusiyada AI-92 benzinin qiyməti rekordunu yenilədi
Rusiyanın Avropa hissəsi üçün Aİ-92 markalı benzinin qiyməti bir ton üçün 2,25% bahalaşıb və 58 548 rubl təşkil edib.
Valyuta.az xəgər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatında deyilir.
Əvvəllər Aİ-92-nin rekord qiyməti 2021-ci ilin avqustunda qeydə alınmışdı. İyun ayında benzinin topdansatış qiymətləri demək olar ki, hər gün mütləq yenilənir.
Aİ-95 markalı benzinin qiyməti bir ton üçün 1,31% bahalaşıb və 66 min 589 rubla qalxıb. Dizel yanacağının dəyəri 51 584 rubla qədər artdı (0,52% artım). Mazutun qiyməti 16 416 rubl olub (0,28% artıb).
İyunun əvvəlində AI-92 2021-ci ilin oktyabr ayından etibarən maksimuma yüksəlib və AI-95 tarixi maksimum qiymətini yeniləyib. Təchizat çatışmazlığı, eləcə də hökumətin amortizatoru azaltmaq planları səbəbindən yanacağın qiymətləri aprel ayından artmaqdadır.
İndi Rusiya neft şirkətləri neft emalı zavodlarında təmirin başa çatması ilə əlaqədar olaraq yanacaq istehsalını tədricən artırmağa başlayıblar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay