Almaniya qaz qıtlığı ilə mübarizə aparmaq üçün təlimlər keçirəcək
Almaniyanın İqtisadiyyat Nazirliyi qaz qıtlığı ilə mübarizə aparmaq üçün təlimlər keçirməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg Almaniya rəsmilərinə istinadən yazıb.
Qeyd olunur ki, yoxlama düz bir gün davam edəcək - bu müddət ərzində müxtəlif idarələrin, o cümlədən qaz təchizatçılarının, agentliklərin, şəbəkə operatorlarının və iri sənaye istehlakçılarının işi yoxlanılacaq.
Almaniyada həyəcan rejimi adlanan rejim (qaz sektorunda fövqəladə hallar zamanı fövqəladə vəziyyət planının ikinci mərhələsi) fəaliyyətini davam etdirir. Ehtimal olunur ki, ölkə hakimiyyəti qazın qiymətinin son artımının yenidən bərpa olunması ilə əlaqədar 2022-ci ilin yayında yaradılmış rejimi ləğv etmək niyyətində deyil.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, iqtisadi rəqabət qabiliyyəti Rusiya qazına əsaslanan Almaniya öz zərərinə ABŞ siyasətini davam etdirir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay