Rusiya silah qarşılığında Şimali Koreyaya neft tədarükünü bərpa edib - "Bloomberg"
Rusiya 2020-ci ildən bəri ilk dəfə sanksiya altında olan Şimali Koreyaya neft tədarükünü bərpa edib.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu yolla Rusiya iki ölkə arasında əməkdaşlığı dərinləşdirir. ABŞ-ın fikrincə, bu anlaşma Ukraynaya qarşı müharibədə Kremlə kömək etmək üçün Pxenyandan silah göndərilməsini də əhatə edir.
Birləşmiş Millətlər Təşkilatının Sanksiyalar Komitəsinin hesabatına görə, Rusiya 2022-ci ilin dekabrında Şimali Koreyaya neft məhsulları göndərməyə başlayıb və bu, 2023-cü ilə qədər davam edib. Məlumatlar tədarükün 2020-ci ilin oktyabrında dayandırıldığını göstərir, lakin axın bərpa olunduqdan sonra Rusiya təxminən 67.000 barel neft göndərib.
"38 North" saytında dərc edilmiş peyk görüntülərinə görə, Rusiya və Şimali Koreya keçən ilin sonunda ortaq dəmir yolu xəttində ticarəti bərpa ediblər. Əməkdaşlıq 2020-ci ilin fevralında Kim Çen In COVID-19 təhlükəsinə görə sərhədlərini bağladığı zaman dayanıb.
ABŞ Dövlət Departamentinin rəsmisi Şimali Koreyanın rəsmi şəxsinə istinad edərək deyib: “Biz Şimali Koreyanın Rusiyaya daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq”.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay