BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
29147

Türkiyə “Qazprom”un təqdim etdiyi qaz qovşağı layihəsinin konsepsiyası ilə tanış olub və hazırda fəal dialoq aparılır. 

Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

“Qazprom” və Ankara Türkiyədə qaz qovşağının yaradılması məsələsi üzərində işi davam etdirir, Rusiya tərəfi öz konsepsiyasını, parametrlərini və fəaliyyət prinsiplərini təqdim edir.

"Bəli, biz Rusiya tərəfinin təklifləri ilə tanışıq, rusiyalı tərəfdaşlarla dialoqumuz davam edir. Paralel olaraq, potensial təchizatçılar və alıcılarla müzakirələr aparılır", deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, layihənin Ankara üçün prioriteti prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən dəfələrlə səsləndirilib.

"Cənab Prezident seçkilərdə qalib gəldikdən sonra növbəti beşillik plan üçün yol xəritəsini açıqladı, Türkiyədə qaz qovşağı layihəsi bu kontekstdə prioritetlərdən biridir", deyə agentliyin həmsöhbəti qeyd edib.

Ötən ilin oktyabrında Rusiya və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamaq tapşırıblar. Zədələnmiş “Şimal axını”ndan qaz nəqli ora köçürülə bilərdi. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin