Energetika
24.05.2023 / 09:29
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır
28746
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.
Valyuta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dolları və ya 1,35 % artaraq, 79,76 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 77,65 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay