Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası açılır
Mayın 5-də Türkiyənin Konya vilayətində Avropanın ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq.
Valyuta.Az Anadolu agentliyinə istinadla xəbər verir ki, 1350 MVt gücündə “Karapınar” GES 20 milyon kvadratmetr ərazinin əhatə edir və 3256038 günəş panelindən ibarətdir. Günəş elektrik stansiyasının tikintisi işlərinə 2020-ci ilin yanvarında start verilib.
“Karapınar” GES-in tam gücü ilə işə düşməsi nəticəsində Türkiyənin quraşdırılan günəş enerjisinin gücü 20 faiz artacaq.
GES-in tikintisinə aktiv maliyyə dəstəyi Britaniya hökuməti tərəfindən göstərilib. Layihənin ümumi dəyəri 1 milyard dollardır. Bu vəsaitin böyük hissəsi Britaniyanın “UKEF” ixracat-kredit agentliyi tərəfindən ayrılıb.
Günəş elektrik stansiyası ildə 3 milyard KVt elektrik enerjisi istehsal edəcək və bu da Türkiyədə elektrik enerjisi tələbatının 1 faiz ekvivalentini təşkil edir.
Yeni GES sayəsində 2 milyona yaxın insanın elektrik enerjisi təminatı ödəniləcək.
Bunda başqa, elektrik stansiyası ətraf mühitə 2 milyon ton zərərli maddələrin tullantılarının atılmasının qarşısını alacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay