BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
27873

Almaniyada fəaliyyət göstərən son üç Atom Elektrik Stansiyası (AES) - "Isar-2", "Neckarwestheim-2" və "Emsland" şəbəkədən ayrılıb.

Qaynarinfo DW-yə istinadən xəbər verir ki, Baden-Vürtemberq federal əyalətindəki "Neckarwestheim-2" stansiyası elektrik şəbəkəsindən ayrılan sonuncu AES olub. Bu, aprelin 15-də, yerli vaxtla saat 23:59-da baş verib.

Almaniyanın ətraf mühit naziri Şteffi Lemke bununla bağlı deyib: "Nüvə enerjisinin riskləri son nəticədə idarəolunmazdır, ona görə də onun mərhələli şəkildə ləğv edilməsi ölkəmizi daha təhlükəsiz edir və nüvə tullantılarının daha çox yığılmasının qarşısını alır”.

Almanların təxminən 2/3-si ölkədəki sonuncu AES-lərin bağlanmasını dəstəkləmir. "YouGov" Sosioloji İnstitutunun sorğusuna qatılan respondentlərin 32 faizi AES-lərin fəaliyyətinin məhdud müddətə, daha 33 faizi isə hətta qeyri-müəyyən müddətə uzadılmasının tərəfdarıdır. Respondentlərin yalnız 26 faizi Almaniyada qalan bu tip stansiyaların dərhal bağlanmasını düzgün hesab edir.

"Biz qanunun tələblərinə uyğun olaraq fəaliyyət göstəririk və burada reaktorun işini aprelin 16-dan davam etdirmək şübhəsiz ki, cinayət məsuliyyəti olardı”, deyə Almaniyanın nüvə stansiyasına nəzarət üzrə işçi qrupunun rəhbəri, ekologiya və nüvə nəhlükəsizliyi naziri Gerrit Niehaus deyib. 

Almaniyada nüvə texnologiyalarını inkişaf etdirən şirkətlərin maraqlarını təmsil edən KernD assosiasiyası nüvə enerjisi ilə vidalaşmanın pis fikir olduğunu bildirib:

"Az miqdarda istixana qazları istehsal edən üç nüvə enerji blokunun bağlanması ilə bağlı qərar aydın deyil. Elektrik təchizatının etibarlılığı, ətraf mühitin və iqlimin qorunması, eləcə də rəqabət qabiliyyəti məsələlərini birlikdə nəzərdən keçirsək, daha çox nüvə enerjisi məntiqlidir".

Qeyd edək ki, 2011-ci ildə Almaniyanın o zamankı kansleri Angela Merkel Yaponiyada "Fukusima-1" AES-də baş vermiş qəzadan sonra AES-lərdən imtina etmək qərarına gəlib. Hökumət koalisiyası Almaniyanın 2011-ci ildə nüvə proqramının mərhələli şəkildə dayandırılması planını dəstəkləyib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin