Energetika
22.08.2022 / 10:49
Avropada təbii qazın qiyməti 2800 dolları ötüb
23706
Avropada təbii qazın qiyməti martın əvvəlindən bəri ilk dəfə min kubmetr üçün 2 800 dolları keçib.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 2 862 dollar ətrafında alınıb-satılır.
Qiymətlər son sutka ərzində təxminən 13 faiz artıb.
Qeyd olunur ki, bahalaşmaya səbəb "Şimal axını" kəmərində aqreqatın təmiri ilə əlaqədar avqustun 31-dən etibarən qaz nəqlinin üç gün müddətinə dayandırılacağıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay