SOCAR və MDU arasında Anlaşma Memorandumu imzalandı<span style="color: #ff0000;"> (FOTOLAR)</span>

Redaktor

15.04.2022 16:35
597

SOCAR və MDU arasında Anlaşma Memorandumu imzalandı (FOTOLAR)

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Valyuta.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, Memorandumu “SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.

“SOCAR Midstream”in təhsil sahəsindəki sosial layihələri barədə məlumat verən Fuad Əhmədov bildirib ki, iqtisadiyyat, biologiya və kimya fənləri üzrə 8 dərslik Azərbaycan dilinə tərcümə edilib. O, həmçinin Massaçusetts Texnologiya İnstitutunun “Məlumat, İqtisadiyyat və İnkişaf Siyasəti”, “MikroMaster” proqramları üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə aparılan əməkdaşlıq, 7 universitetdə “SABAH” qrupuna daxil olan və magistratura səviyyəsi üzrə təhsil alan 372 tələbə üçün “IELTS” hazırlıq kurslarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti ilə imzalanan Anlaşma Memorandumu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanın və regionun dayanıqlı inkişafını dəstəkləyəcək.

Mingəçevir Dövlət Universitetinin təhsil prioritetlərindən danışan Şahin Bayramov qeyd edib ki, “SOCAR Midstream” ilə əməkdaşlıq təhsilin inkişafına, müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.

Memorandumda Mingəçevir Dövlət Universiteti və “SOCAR Midstream” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələləri əksini tapıb.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...