SOCAR Bakıdakı neft emalı zavodunun işini müvəqqəti dayandırır
Aprelin 4-dən SOCAR planlaşdırılmış profilaktik işlərin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.
Bu barədə APA-ya SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb.
Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilməsi layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasını planlaşdırır.
İ.Əhmədov onu da əlavə edib ki, NEZ-in fəaliyyəti dayandırıldığı üçün aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb. Qeyd olunub ki, NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir.
Hər iki müəssisənin hansı müddətə dayandırılması və NEZ-in bağlanması zamanı şirkətin Aİ-92 markalı benzin idxal etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı İ.Əhmədov açıqlama verməyib.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir.
Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernizasiya işləri aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay