Avropa neft, qaz və daş kömüründən imtina edərsə, Rusiya nə itirər? (TƏHLİL)
Ukrayna hadisələri fonunda Avropa tədricən Rusiyadan aldığı qaz, neft və daş kömüründən imtina yolunu tutub. "Köhnə qitə”nin bu niyyətinin reallaşması istər-istəməz Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Maraqlıdır, bunun baş verməsi Rusiya iqtisadiyyatına konkret olaraq necə təsir edəcək?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında neft-qaz eksperti İlham Şaban bildirib ki, bu imtinaların Rusiya iqtisadiyyatına təsirini müəyəynləşdirmək üçün rəqəmlərə diqqət yetirməliyik:
"Qeyd edək ki, 2021-ci ildə Rusiya 230 milyon ton xam neft ixracından 110,12 milyard dollar, 144,3 mln ton neft məhsulu ixracından 70 milyard, 203,5 milyard kubmetr təbii qaz ixracından isə 55,51 milyard dollar qazanıb. Bundan əlavə, 2021-ci ildə Rusiya maye qaz (LNG) ixracından 7,32 milyard dollar gəlir əldə edib.
Rusiyanın xam neft və neft məhsulu ixracının yarıdan çoxu Avropanın payına düşür. Deməli, Avropa rus neftindən tamamilə imtina etsə, bu şimal ölkəsinin 90-100 milyard dollar itirməsi anlamına gələcək.
Ötən il Rusiyanın təbii qaz ixracının 185,1 milyard kubmetri "uzaq xaric” ölkələrinin payına düşüb. Sırf Avropa bazarında satış həcmləri isə 148 milyard kubmetr təşkil edib. Deməli, Avropanın rus qazından imtinası fonunda Rusiya bu istiqamətdə qazandığı 55,51 milyard dollardan hardasa 40 milyardını itirəcək.
Bütövlükdə neft, qaz və daş kömürə qoyulan sanksiyalar fonunda Rusiya hardasa 140-150 milyard dollar itirəcək. Bu isə digər sanksiyaları da üstünə gəlməklə Rusiya iqtisadiyyatı üçün böyük itkilər demək olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay