BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
20828

"ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kub metr sıxılmış qaz ixrac edəcək. Məqsəd qədim qitənin Rusiyadan enerji asıllığının daha tez azaldılmasına nail olmaqdır”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 552 milyard kub metr illik qaz istehlakı olan Avropa Birliyinin idxalında Rusiyanın 40 faizlik dominant payı var:
 
"Birləşmiş Ştatlar 2030-ci ilədək Avropaya əlavə 50 milyard kub metr mavi qaz göndərməyi hədəfləyir. Rusiya Ukrayna müharibəsi fonunda Qərb heç zaman müşahidə olunmayan birlik nümayiş etdirir. Birləşmiş Ştatlar Rusiyaya tətbiq edilən sanksiyalar kontekstində daha çox ölkəni bu əməkdaşlıq platofrmasında görmək niyyətindədir. Avropa Birliyi üçün hazırda enerji təhlükəsizliyini möhkəmləndirmək baxımdan əlavə mənbələr Azərbaycan və Əlcəzair hesab olunur. 2.6 trilyon kub metr ehtiyatı və illik 43.9 milyard kub metr hasilatı olan Azərbaycan 2020-ci ilin sonundan Avropaya qaz ixracatına başlayıb. Əlcəzairin ehtiyatları 4.5 trilyon kub metr, illik istehsalı isə 90 milyard kub metrdir. Sözügedən ölkə Avropaya daha çox qaz nəql etməyə planlaşdırır”.

Deputat əlavə edib ki, 2022-ci ildə Avropaya ən azı 9.1 milyard kub metr mavi qaz nəql etməyi planlaşdıran Azərbaycan artıq 10 milyard kub metr qazı 2020-ci ilin dekabrından bəri qədim qitəyə çıxarıb:
 
"Cənub Qaz Dəhlizinin ikinci fazasında Azərbaycan Avropaya 20 milyard kub metr qaz nəql edə biləcək. Dəhlizin reallaşması bir daha təsdiq etdi ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq”.

Vüqar Bayramovun fikirincə, regionda və bütövlükdə dünyada yeni düzən formalaşır:

"Bu mərhələdə çoxşahəli xarici siyasətə üstünlük verən Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi daha da güclənəcək”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin